Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə hərəkatın Qəzzada atəşkəsə razılıq verməsindən sonra telefon danışığı aparıb.
Dövlət başçısı bu barədə “X” sosial şəbəkəsində yazıb.
“Nazirlər Kabinetinin iclasından əvvəl HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığımız olub. Danışıqlar zamanı biz Qəzzada münaqişə və zorakılığa son qoymaq səylərini müzakirə etdik. Vasitəçilərdən alınan atəşkəs təklifini Həmas-ın bəyənməsini qiymətləndirdik. Danışıqlar zamanı HƏMAS-ın Türkiyənin təkliflərini nəzərə alaraq qəbul etdiyi qərarı müsbət qarşıladığımız bildirdim və İsrailin də daimi atəşkəs üçün addımlar atmalı olduğunu vurğuladım”, - Ərdoğan vurğulayıb.