Qəzza zolağında ABŞ və İsrailin nəzarətində olan “Qəzza Humanitar Yardım Fondu”nun xətti ilə yaradılan humanitar yardım mərkəzlərində paylanan un kisələrində narkotik həblər aşkarlanıb. Bu barədə Qəzzadakı hökumətin Media Ofisindən verilən yazılı açıqlamada bildirilib.
Açıqlamada, “Amerika-İsrail yardım mərkəzlərindən gələn un kisələrində 4 nəfərin Oksikodon tipli narkotik həbləri tapdığı, narkotik həblərin un kisələrinə qoyulmasının mülki əhalinin sağlamlığını və sosial quruluşunu hədəf alan ağır cinayət olduğu bildirilib.
Bundan da dəhşətli olan faktın, bəzi narkotik həblərin un halına salınması ehtimalının olduğu bildirilib.
Açıqlamada, İsrailin humanitar yardımlarla Qəzzaya narkotik qaçaqmalçılığı yolu ilə Fələstin xalqı arasında narkomaniya yaymağa çalışdığı, bu maddələrdən "çirkli müharibədə yumşaq alət" kimi istifadənin müharibə cinayəti və beynəlxalq humanitar hüququn pozulması olduğu qeyd edilib.
Bəyanatda bu humanitar yardım mərkəzlərini ziyarət edən şəxslərdən diqqətli olmağa, bu mərkəzlərdən gələn qidaları yoxlamağa və şübhəli maddələr barədə dərhal məlumat verməyə çağırılıb. Ailələrdən də övladları arasında bu mərkəzlərə getməyin təhlükələri və narkotik maddələrin zərərləri barədə maarifləndirmə işi aparılması istənilib. Beynəlxalq ictimaiyyətə hər gün yüzlərlə insanın həyatına son qoyan və qəsdən soyqırım alətinə çevrilən “ölüm tələləri”nin fəaliyyətini dayandırmaq çağırışı edilib.
Stopnarkotik.az