Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 45-ə çatıb.
Bu barədə Qazaxıstanın “Xabar-24” telekanalı məlumat yayıb.
Qeyd edilib ki, 1 şaxtaçının axtarışları davam edir.
Bundan əvvəl şaxtada partlayış və yanğın nəticəsində 43 nəfərin öldüyü bildirilmişdi.
Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.
***
17.05
Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 43-yə çatıb.
Bu barədə Qazaxıstanın “Xabar-24” telekanalı məlumat yayıb.
Qeyd edilib ki, 3 şaxtaçının axtarışları davam edir.
Bundan əvvəl şaxtada partlayış və yanğın nəticəsində 42 nəfərin öldüyü bildirilmişdi.
Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.
***
10:26
Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 36-ya çatıb.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, 10 şaxtaçının axtarışları davam edir.
Bundan əvvəl şaxtada partlayış və yanğın nəticəsində 35 nəfərin öldüyü bildirilmişdi.
Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.
***
10/28/2023 - 14:23
Karaqandadakı Kostenko mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb, 18 şaxtaçının axtarışları davam edir.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Saat 15:00-a (Bakı vaxtı ilə 13:00) olan məlumata görə, 28 nəfərin meyiti tapılıb, 18 şaxtaçının axtarışları davam etdirilir”, - məlumatda deyilir.