Qazaxıstan prezidentinin sabiq müşaviri öldürüldü

Qazaxıstanda Prezident Kasım-Jomart Tokayevin sabiq müşaviri, prezident yanında mərkəzi kommunikasiyalar xidmətinin keçmiş rəhbəri Erjan Babakumarov öldürülüb.

Bu barədə "Kazinform" xəbər yayıb.

"Hadisə oktyabrın 30-u gecə saatlarında baş verib. İlkin məlumata əsasən, Erjan Babakumarov axşam tanışları ilə bir yerdə olub. Az sonra onlar arasında mübahisə yaranıb və bu, davaya çevrilib. Erjan Babakumarov aldığı xəsarətlər nəticəsində ölüb", - məlumatda bildirlib.