Qax rayon sakini, 2002-ci il təvəllüdlü Orxan Qəhrəmanovun kəsilmiş -deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, O.Qəhrəmanova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Ruslan Ramazanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***09:53
Qaxda 22 yaşlı gənc bıçaqlanıb.
Stopnarkotik.az xəbər verir ki, gecə saatlarında rayonun Lələli kənd sakini, 2001-ci il təvəllüdlü Orxan İsmayıl oğlu Qəhrəmanov döş qəfəsinin sol nahiyəsinin kəsilmiş-deşilmiş daxilə nüfuz edən xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.
Müayinə zamanı O.Qəhrəmanova bıçaqla xəsarət yetirildiyi məlum olub, vəziyyəti orta-ağır qiymətləndirilir.
O.Qəhrəmanova lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.