Qasım Süleymaninin öldürülməsinin ildönümü yürüşündə partlayış - 103 nəfər öldü, 188 yaralı var / VİDEO, YENİLƏNİB - 6

Qasım Süleymaninin Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində yaralıların sayı 188-ə çatıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Fars Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, yaralıları daşımaq üçün Kermana təyyarə göndərilir.

 ***

18:11

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 103-ə çatıb.

Stopnarkotik.az RİA "Novosti"yə istinadən xəbər verir ki, yaralı sayı 141 nəfərdir.

İranın Kirman şəhərində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 73-ə çatıb.

Bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, yaralıların sayı 170-ə çatıb.

16:49

Sepah-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin öldürülməsinin ildönümü mərasimində baş verən partlayışda ölənlərin sayı 50-yə çatıb

Bu barədə “Tasnim” məlumat yayıb.

Qeyd edilib ki, hazırda hadisə yerindən ölü və yaralalılar təxliyə edilir.

İranın Kerman vilayətinin valiliyi baş verən partlayışları terror aktı adlandırıb.

***16:26

İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin dəfn olunduğu Kerman şəhəri qəbiristanlığına gedən Golzar Şahadai yolunda iki partlayış baş verib.

Məlumatı "Tasnim" yayıb.

Hadisə Qasim Süleymaninin öldürülməsinin ildönümünün qeyd olunduğu vaxt baş verib. İlkin məlumata əsasən, 20 nəfər ölüb, 15 nəfər yaralanıb.

Partlayışın səbəbi hələ ki məlum deyil.

Qeyd edək ki, Qasim Süleymani 2020-ci il yanvarın 3-də İraqda ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilib.
Sepah-ın Qüds qolu xarici ölkələrdə əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Bu qoşun xarici ölkələrdə müxtəlif adlar altında fəaliyyət göstərir, habelə, İran hakimiyyətinin siyasi-ideoloji düşüncəsini yayaraq bu istiqamətdə təşkilatlar yaratmaqla məşğuldur. Qüds qolu həm də İraq, Suriya, Yəmən və s. yerlədə ABŞ, İsrail və NATO-ya qarşı müxtəlif hücumlar təşkil edir.