Qardaşının bıçaqladığı sahibkar qadın məhkəməyə çıxarılır

Bakıda kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Hussain Gülxanım Arif qızının Azərbaycandan çıxışı məhdudlaşdırıla bilər.

Stopnarkotik.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət olunub.

Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi qadın sahibkarın vergi borcuna görə məhkəməyə ərizə ilə müraciət edərək onun Azərbaycandan çıxışına "stop" qoyulmasını xahiş edib.

İşə hakim Günay Namazovanın sədrliyi ilə baxılacaq.

Məhkəmə ərizəni təmin etsə, onun Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü sahibkar Hussain Gülxanım Arif qızı iki əvvəl bıçaqlanması ilə bağlı yayılan xəbərlərlə yadda qalıb. Belə ki, 2021-ci ildə o, qardaşı tərəfindən bıçaqlanıb. Həmin vaxt qardaşı anasına bıçaq zərbəsi endirmək istəyən zaman H.Gülxanım araya girib və zərbə ona dəyib.