Azərbaycanın Qarabağ regionunu tərk etmiş Rusiya sülhməramlıları Ermənistanda yerləşdirilə bilməz.
TASS xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarqis Xandanyan keçirdiyi brifinqdə deyib.
O, Rusiya sülhməramlılarının Ermənistan ərazisində qala biləcəyini və ya qalmalı olduğunu düşünmür.
Qeyd edək ki, ötən gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qarabağdan çıxarılan Rusiya sülhməramlılarının Ermənistanın Sünik rayonunun (Zəngəzur - red.) Gorus və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollandığını bildirib.