"Qarabağdan biz yox, Ermənistan imtina edib" - RUSİYA PREZİDENTİ / VİDEO

"Qarabağdan biz yox, rəsmi İrəvan imtina edib. Bəyan ediblər ki, bu ərazi Azərbaycanın tərkib hissəsidir".

Bunu Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.

"Hətta bu barədə bizə heç məlumat verilməyib. Bu faktdır. Bunun müsbət və mənfi tərəfləri var, amma belə oldu”, deyə o, qeyd edib.
"Düşünmürəm ki, Ermənistanın MDB, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı və KTMT-dəki üzvlüyünə xitam vermək onun maraqlarına uyğundur. Nəhayət, bu, dövlətin seçimidir. Baş nazirin ümumi tədbirlərdə iştirak etməməsinə gəlincə, bu, Ermənistandakı proseslərlə bağlıdır və işi davam etdirmək istəyi və ya istəməməsi ilə bağlı deyil”, - Rusiya prezidenti əlavə edib.