“Qara dul” kimi tanınan Ana Qriselda Blanko Kolumbiya və ABŞ-da ən qorxulu və tanınmış narkotik tacirlərindən biri idi. Onun narkotik alveri dünyasındakı təsiri o qədər böyük idi ki, o, Pablo Eskobarı bu qeyri-qanuni fəaliyyətə cəlb etməklə yanaşı, ABŞ-a kokain yollarının yaradılmasını da onun adına yazırlar.
Qriselda Blankonun cinayət həyatının başlanğıcı
Qriselda Blanko kiçik yaşlarından kriminal həyatın içində yaşayıb, çünki uşaqlığı problemli və cinayət yuvası kimi tanınan “Komuna 13” ərazisində keçib. 11 yaşında o, dolana bilmək üçün Medelyində cibgirlər dəstəsinə rəhbərlik edirdi. Lakin bu kifayət qədər qazanc gətirmir. O, bir uşağın öldürülməsi ilə nəticələnən adam oğurluğu etmək qərarına gəlir. Məhz bu ölüm 250-dən çox insanın öldüyü təxmin edilən qətllər silsiləsinin başlanğıcı oldu. Qorxunc "Xaç anası" bu gün ən çox istifadə edilən narkotikin kamuflyaj ideyalarından birinə müəlliflik etdi. Qriselda belə qərara gəlmişdi ki, polis orqanlarını qadınlar narkotik satıcısı və ya daşıyıcısı kimi şübhələndirmir. Nəticədə bu da kuryer qadınlara “yük daşıyan qatır” rolu oynamağa imkan verir. Blankonun seçdiyi qızlar nazlı və məsum davranışla alt paltarında gizlədilmiş narkotiki daşımağa başladılar.
"Narkotik kraliçası" digər Kolumbiyalı dəstələrdən narkotik alveri əməliyyatlarının icrasını özü həyata keçirərək hakimiyyətini möhkəmləndirdi. Ona qoşulmaq təklifinə müqavimət göstərənlər, motosiklet qatillərinin əlindən ölümlə üzləşdilər və bu, onu narkotik alveri dünyasında qorxulu və hörmətli bir şəxs etdi.
Qriselda Blanko - "narkotik satıcısının dul arvadı"
14 yaşında ögey atasının zorakılığına məruz qaldığı üçün Qriselda evi tərk edir. Məhz bu zaman o, üç övladının atası olan ilk əri, saxtakar Karlos Truxillo ilə tanış oldu. Truxillo qaraciyər sirrozundan vəfat etsə də, onun ölümündə Blankonun əli olduğu ehtimal edilir. Blanko daha sonra çiçəklənən kokain biznesində qaçaqmalçılıq edən Alberto Bravo ilə evləndi. Qısa müddətdə “narkotik daşıyan qatır” olmaqdan ərinin narkotik ticarətində ideal tərəfdaşına çevrildi. O, fəaliyyətini ört-basdır etmək üçün ABŞ-da alt paltarı şirkəti yaratdı, güclü və uğurlu kokain əməliyyatları ilə cinayət dünyasında lider oldu. 1975-ci ildə Amerika ədaləti onu təqib etməyə başladığı üçün vətəni Kolumbiyaya qayıtmaq üçün xarici ölkədəki həyatından imtina etməli oldu. Ərinin ona biznesdə və şəxsi həyatında xəyanət etdiyinə dair artan şübhələrlə o, onu öldürmək qərarına gəldi və bununla da "Qara Dul" ləqəbini qazandı, o andan etibarən Qriselda ilə sevgili olan kişilərin sonu qəribə şəraitdə ölüm oldu. Şayiələrə görə, onun həm kişilərlə, həm də qadınlarla saysız-hesabsız ötəri sevgi romanları olub.
Qriselda Blanko - Pablo Escobarın "Xaç anası"
Griselda Blanko məşhur narkotik alverçisi Pablo Eskobarın sələfi idi. Bu anlamda Pablo Eskobarı Qriseldanın "mənəvi oğlu" yaxud "kriminal varisi" də adlandırmaq olar. 1970-ci illərdə Eskobar Qriseldanın kokain biznesinə qoşularaq onun əsas tərəfdaşlarından birinə çevrilir. Bununla belə, bu əlaqələr “Qara Dul” üçün problemlər yaradır, çünki ABŞ səlahiyyətliləri bunu araşdırmağa başlayıb. Eskobarın yüksəlişi və bunun gətirdiyi çətinliklərlə üzləşən Qriselda hökumətin nəzarətindən qaçmaq üçün Kolumbiyaya qayıtdı. Özünü “narkotik alverinin xaç anası” adlandıran Blanko nəhayət 2012-ci ildə qəssab dükanında alış-veriş edərkən iki qatil tərəfindən öldürülür. Bu, onun törətdiyi cinayətlərə görə cəzasını çəkdikdən sonra həbsdən çıxandan az sonra baş verib. Bir xalq məsəlində də deyildiyi kimi, “su çanağı suda qırılar”. İnsan ömrünü nəyə həsr edirsə, ölüm də insanı orada qəfil yaxalayır.
Stopnarkotik.az