"Qafqazdakı prosesləri yerli aktorların və regiondakı qonşuların (3+3 formatı) iştirakı ilə həll etmək olar. “3+3” formatı regional məsələlərin həlli üçün effektiv mexanizmdir".
Bu fikirləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə səsləndirib.
“Mən Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdüm. Görüş çərçivəsində vurğuladım ki, Qafqazdakı məsələləri yerli aktorların və regiondakı qonşuların (3+3 formatı) iştirakı ilə həll etmək olar”, - o vurğulayıb.