“Rusiya heç vaxt millət ola bilməyib”
Putin müharibəni “tam qələbəyə” qədər davam etdirmək qərarına gəlib.
Bunu Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Cozef Borrell “The Guardian”a verdiyi müsahibəsində deyib.
Kifayət qədər maraqlı fikirlərin yer aldığı müsahibədə Borrel qeyd edib ki, Putinin geriyə yolu qalmayıb: “Putini Ukraynanın yalnız bir hissəsi ilə qane ola bilməz. Ukraynanın qalan hissəsinin Avropa İttifaqına aid olduğu vəziyyət də onu qane edə bilməz. O, məhdud ərazi qələbəsi ilə kifayətlənmək istəmir. Putin müharibəni, xüsusən də ona daha əlverişli ssenari verə biləcək Amerika seçkilərindən əvvəl dayandırmayacaq. Beləliklə, biz uzun müddət davam edən yüksək intensivlikli münaqişəyə hazır olmalıyıq. Putin müharibəni tam qələbəyə qədər aparmağa qərar verib”.
Bununla yanaşı, Borrel qeyd edib ki, Putin öz ordusunun gücü və Ukrayna müqavimətinin imkanları, eləcə də Qərbin dəstəyi mövzusunda səhvə yol verib: “O, Avropa İttifaqının iradəsi ilə bağlı yanıldı. O, transatlantik alyansın gücü ilə bağlı yanıldı. Amma o, hələ də buradadır. Putin hələ də döyüşməyə, xalqının ölməsinə, ordusunun və xalqının əziyyət çəkməsinə hazırdır, çünki onun geriyə yolu yoxdur”.
Avropa diplomatiyasının rəhbəri Rusiya xalqı barədə də tənqidi fikirlər səsləndirib və bu toplumun hələ də millət ola bilmədiyini deyib: “Rusiya heç vaxt millət ola bilməyib. O, həmişə çarla, sovetlərlə, indi isə Putinlə imperiya olub”./azpolitika.info