"İnsanlar onun Ukraynaya tutulmasını bir növ maniya və ya psixi pozğunluq olduğunu deyirlər. Bu, həqiqət ola bilər".
Bunu Ukraynanın sabiq Prezidenti Leonid Kuçma “The Guardian”a müsahibəsində Vladimir Putin haqqında danışarkən deyib.
Kuçma Putini “KQB əməliyyatçısı” kimi xarakterizə edib və bildirib ki, bu iş psixi pozğunluqlara gətirib çıxara bilir: "Bu, onun peşəsidir və zaman keçdikcə bu cür nəticələrə gətirib çıxarır".
Sabiq Prezident bildirib ki, 2022-ci il fevralın 24-də Rusiyanın hücumu zamanı Kiyevin mərkəzində olub: "Mən Putinin işğala qadir olduğuna əmin idim, lakin onun buna cəsarət edib-etməyəcəyinə əmin deyildim. Dəhşətli idi, şok idi. Küçədə başımın üstündə iki Rusiya bombardmançısının uçduğunu gördüm".
Onun sözlərinə görə, Putinin məqsədi təkcə torpaqları ələ keçirmək deyil, həm də Ukraynanı “Rusiyaya qarşı rəqabətə davamlı alternativ” kimi məhv etmək olub: “Bunun sübutu Putinin bu məqsəd üçün hazır olduğu dəhşətli insan itkisi və reputasiya itkisidir”.
Kuçma hətta Qərbin yardımının zəifləməsi fonunda belə Ukraynanın qələbəsinə inandığını və Ağ Evin Ukraynaya yardım haqqında qanun qəbul edəcəyinə ümid etdiyini bildirib.
Sabiq Prezident deyib ki, Ukraynanın məğlubiyyəti ABŞ-nin bütün dünya qarşısında nüfuzunu itirməsi demək olacaq.
Həmçinin, Kuçmanın sözlərinə görə, Putinin sülh danışıqlarına razılıq verəcəyini düşünmək reallığa uyğun deyil: “Putin (Ukraynada) istədiyinə nail olmadığına dair sənəd imzalaya bilməz, çünki bunu rus xalqına izah etməli olacaq”./azpolitika.info