Putin prezident seçkilərində 87 % səs alıb? - “Exit-poll”

Namizədliyi özü tərəfindən irəli sürülən Rusiya Federasiyasının hazırkı Prezidenti Vladimir Putin prezident seçkilərində birinci yeri tutacaq, o, səslərin 87 faizini qazanacaq.

TASS xəbər verir ki, bunu Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi “exit-poll”un nəticələri göstərir.

Sorğuya görə, ikinci yeri Rusiya Federasiyası Kommunist Partiyasından namizəd Nikolay Xaritonov (4,6%), üçüncü yeri “Yeni insanlar”dan olan Vladislav Davankov (4,2%), dördüncü yeri isə RLDP-nin lideri Leonid Slutski (3%) tutacaq. Bülletenlərin daha 1,2 faizi etibarsız sayılacaq.

Sorğu martın 15-17-də seçki məntəqələrində aparılıb.