Rusiya prezidenti Vladimir Putin beşinci dəfə prezident kimi and içib.
Andiçmə mərasimi Böyük Kreml Sarayında baş tutub.
2600 qonağın iştirak etdiyi andiçmə mərasimi Rusiyanın dövlət bayrağı, Rusiya prezidentinin ştandartının və ölkə konstitusiyasının Böyük Kreml Sarayının Georgiyevsk, Aleksandrovski zallarından keçirilərək andiçmə mərasiminin keçiriləcəyi Andreyevski zalına gətirilməsi ilə başlayıb.
Daha sonra Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və Konstitusiya Məhkəməsinin sədri səhnəyə çıxıblar.
Putin Kremlin birinci korpusunda yerləşən iş otağından andiçmə mərasiminin keçiriləcəyi Andreysvki zalına yola düşüb.
Putin and içib və beşinci dəfə dövlət başçısı səlahiyyətlərinə başlayıb.