Psixiatriya xəstəxanasında müalicə alan 47 yaşlı kişi öldü

Respublika Psixiatriya xəstəxanasında ölüm hadisəsi baş verib.

Hadisə fevralın 15-i saat 20 radələrində qeydə alınıb. 

Respublika Psixiatriya xəstəxanasında müalicə alan Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Fərhad Elxan oğlu Əliyev qəfil ölüb.

Onun ürək tutmasından öldüyü ehtimal edilir.
     
Araşdırmalar aparılır.