"Yevgeni Priqojin Belarus ərazisində yoxdur".
Stopnarkotik.az BelTA agentliyinə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Lukaşenko deyib.
"Priqojin hazırda Sankt-Peterburqdadır. Ola bilsin ki, bu səhər Moskvaya gedib. O ki qaldı "Vaqner"çilərə, məndə olan məlumata görə, onlar öz düşərgələrindədir. Həmin düşərgələr ki onlar cəbhədən qayıdanda orada dincəlirdilər", - prezident deyib.
Lukaşenkonun sözlərinə görə, "Vaqner" qruplaşmasının Belarus ərazisinə köçürüləcəyi təqdirdə ölkə üçün heç bir risk yaranmaz.