Polşanın Kiyevdəki səfiri Bartoş Çiçokki Ukrayna Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.
Buna səbəb Polşa Prezidentinin beynəlxalq məsələlər üzrə rəsmi nümayəndəsi Marçin Pşidaçın Ukraynanı nankorluqda ittiham etməsi olub.
Görüş zamanı ukraynalıların Polşaya kömək etdiklərinə görə guya nankorluq etmələri barədə deyilənlərin həqiqətə uyğun olmadığı və qəbuledilməz olduğu vurğulanıb.