Polis əyləncə məkanlarında narkoəməliyyat keçirdi/VİDEO

İstanbul şəhərinin Kadıköy və ətraf rayonlardakı əyləncə məkanlarında və müxtəlif müəssisələrdə narkotik satışı ilə bağlı istintaq çərçivəsində 89 nəfər nəfər saxlanılıb və məhkəməyə göndərilib. Şübhəlilərdən 75-i məhkəmə tərəfindən həbs edilib, 14-ü isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Stopnarkotik.az-ın verdiyi xəbərə görə, İstanbul Anadolu Baş Prokurorluğu və İstanbul Vilayət Polis İdarəsinin Narkotik Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən aparılan istintaq nəticəsində müəyyən edilib ki, bəzi şəxslər Kadıköydəki əyləncə məkanlarında, əsasən gecə klublarında və ətrafdakı spirtli içki mağazalarında, bərbərxanalarda, zərgərlik mağazalarında və qida müəssisələrində müştərilərə narkotik satırlar. Həmçinin, küçə satıcılarının ərazidəki aktivlikdən istifadə edərək bu müəssisələrin içərisində və ətrafında narkotik ticarəti həyata keçirdiyi müəyyən edilib. İstintaq çərçivəsində, bu müəssisələrdə və ətrafında narkotik ticarəti ilə məşğul olan 12 müəssisənin (8 gecə klubu və 4 digər müəssisə) sahibləri, menecerləri və işçiləri də daxil olmaqla, ümumilikdə 119 şübhəli haqqında həbs qərarı verilib. Polis qrupları tərəfindən keçirilən əməliyyatda 89 nəfər nəzarətə alınıb.

Polis bölməsindəki prosedurlardan sonra ədliyyəyə sövq edilən şübhəlilərdən 75-i məhkəmə tərəfindən həbs olunaraq həbsxanaya göndərilib. Digər tərəfdən, 14 nəfər məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Stopnarkotik.az