Polis məscidə hücum edib, dindarları məcburi qaydada müharibəyə göndərdi – MOSKVA YAXINLIĞINDA ŞOK OLAY

Moskva yaxınlığındakı Kotelnikidə çevik qüvvət polisi məsciddə ibadət edən insanlara qarşı reyd keçirib. Həmin şəxslər gecəni kilid altında saxlanıb, səhər Lyubertsı hərbi komissarlığında tibbi müayinədən keçirilərək, Balaşixadakı toplama məntəqəsinə göndərilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “The Insider” məlumat yayıb.

Məlumata əsasən, reyd oktyabrın 20-də baş tutub. Bildirilir ki, polis Kotelnikidəki məscidə gəlib və dindarları pasportlarını yoxlayaraq, bir-bir bayıra buraxıb. Onlardan bəziləri 3 avtobusa mindirilərək, Lyubertsıdakı hərbi komissarlığa aparılıblar.

Şahidlərin sözlərinə görə, vəkilləri miqrantlarla görüşə buraxmayıblar. Onların sənədlərini əlindən alıb və məcburi şəkildə müqavilə imzalatdırıblar, əks halda həbsxanaya göndərilmələri təklif edilib.

Nəşr qeyd edir ki, baş verənlərlə bağlı heç bir rəsmi şərh verilməyib.

Stopnarkotik.az