Ermənistanın "Yerkrapah" hərbi təşkilatının keçmiş sədr müavini Albert Bazeyan bir neçə gün öncə saxlanılıb.
Bu barədə onun vəkili Georgi Melikyan məlumat yayıb.
Öz yaşadığı mənzildə saxlanılan Bazeyana qarşı ittiham məlum olub.
Vəkili deyib ki, Bazeyan Ermənistan baş naziri Nikol Paşinyana sui-qəsdə hazırlaşdığına görə həbs edilib. İstintaqın vəsatəti tam təmin edilib.
Bundan əvvəl yerli mətbuatda Bazeyanın Nikol Paşinyana qarşı sui-qəsd və ölkədə zorakılıqla hakimiyyət dəyişikliyinə hazırlaşdığı üçün bir polisə aparıldığı barədə məlumatlar yayılıb.