Ermənistanın baş naziri Nikol Paşinyan istefa verməyib.
Bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, arxiyepiskop Baqrat Qalstanyanın istefa üçün Paşinyana verdiyi bir saat başa çatsa da, o vaxtı uzatmayıb.
O, parlament vasitəsi ilə impiçmentə hazır olduqlarını açıqlayıb.
Arxiyepiskop mübarizənin davam etdiriləcəyini bildirib.
O, həmçinin, əlavə edib ki, hərəkatı dəstəkləyən parlamentin üç partiyasından nümayəndələrlə gələcək fəaliyyətlə bağlı məsləhətləşmə aparacaq.
O, bu gecəni Respublika meydanında keçirəcəyini bildirib.
***19:09
Arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın baş nazirinə istefa vermək üçün bir saat vaxt verib.
Bu barədə keşiş İrəvanda Respublika meydanında keçirilən mitinqdə bildirib.
Qeyd olunur ki, Qalstanyan yaxın bir saat ərzində Paşinyanla görüşməyə və onunla istefa şərtlərini müzakirə etməyə hazırdır.
Mənbə: Ermənistan KİV
16:30
Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar. Şəhərdə gərginlik artıb, əlavə polis qüvvələri yeridilib.
Məlumata görə, Ermənistan hökumətinin binası təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Polis qüvvələri mitinqin olacağı Respublika meydanına bitişik küçələrdə, o cümlədən hökumət evinin arxa tərəfində cəmləşib.
Bundan başqa, İrəvandakı Opera Teatrının ətrafında polis qüvvələri yerləşdirilib.
14:24
Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar.
Məlumata görə, şəhərin girişində toplaşanlar Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının keşişi, arxiyepiskop Baqrat Qalstanyanı qarşılayıblar.
“Biz cavabları gözləyirik və insanlar cavab almaq üçün kortəbii şəkildə bura toplaşıblar”, - deyə arxiyepiskop bildirib.
Mənbə: Sputnik Ermənistan