Ermənistanın “Hraparak” qəzeti ABŞ-da Vaşqinton, Bakı və İrəvanın iştirakı ilə aparılan sülh danışıqlarına dair maraqlı yazı paylaşıb. Yazıda, "hakim partiya sözün əsl mənasında dua edirdi ki, danışıqlar nəticəsində heç bir sənəd imzalanmasın", - deyə qeyd olunur. Bununla da, Nikol Paşinyan hökumətinin Vaşqinton danışılarının baş tutmamasını arzuladığı iddia olunur.
Stopnarkotik.az xəbər verir ki, müəllifin fikirincə, buna səbəb odur ki, İrəvan hər hansı sənədin imzalanmasının ABŞ ilə Rusiya arasında münaqişənin yeni raunduna, nəticə etibarilə Kremldə əsəbi reaksiyaya gətirib çıxara bilər. Odur ki, Paşinyan bunun əvəzini ödəməli olacağından ehtiyat edir.
Qəzetin yazdığına görə, iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammiti keçiriləcək və burada Ermənistan və Azərbaycan liderləri də iştirak edəcək. Məlumata görə, ola bilsin ki, həmin gün Vaşinqtonda müzakirə olunan sənəd əsasında Münasibətlərin Tənzimlənməsi Müqaviləsi adlanan sülh sazişi imzalansın.
Dünən Paşinyan parlamentdə bildirib ki, “belə olsa, çox xoşbəxt olacağam. Bu pis xəbər deyil, yaxşı xəbərdir”.
Amma bütün bunlara Moskvanın reaksiyasının necə olacağı isə tam aydın deyil.
Stopnarkotik.az