Ermənistanın baş naziri Nikol Paşinyan və hakim “Mülki müqavilə” partiyasının deputatlarının qapalı görüşü üç saatdan çox davam edib.
“Joxovurd” qəzeti xəbər verir ki, görüşdə baş nazir Münhen danışıqlarının nəticələri haqda məlumat verib. Paşinyan müttəfiqlərinə açıq şəkildə bildirib ki, danışıqlar prosesində xüsusi irəliləyiş yoxdur və Münhen görüşü sadəcə növbəti görüşdür və bu zaman mühüm heç nə əldə olunmayıb. Qapalı keçirilən görüşün digər təfərrüatları məlum deyil.
Öz növbəsində, Ermənistanın rəsmi mətbuatı və hakim partiya da görüşlə bağlı heç bir açıqlama verməyib.