Pakistan və Hindistan arasında tam atəşkəs əldə olundu

Pakistan və Hindistan ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra tam və dərhal atəşkəsə nail olublar.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Pakistanın xarici işlər naziri İshaq Dar da Hindistanla atəşkəs əldə edildiyini təsdiqləyib:

“Bu, qismən razılaşma deyil, daha çox iki ölkə arasında tam atəşkəsdir”.

Onun sözlərinə görə, atəşkəs dərhal qüvvəyə minir.