PAKİSTAN HİNDİSTANA ZƏRBƏLƏR ENDİRİR - Çoxsaylı strateji hədəflər vurulub, aerodromlar, elektrik şəbəkəsi məhv edilib - YENİLƏNİB 2

Pakistanın Baş naziri Şahbaz Şərif ölkənin nüvə arsenalına cavabdeh olan Milli Komandanlığın fövqəladə iclasını çağırıb.

Bu barədə  "Reuters" agentliyi məlumat verib.

Belə ki, Baş nazir Şahbaz Şərif milli təhlükəsizlik sahəsində, xüsusən də ölkənin nüvə arsenalı ilə bağlı məsələlərdə əsas qərarlar qəbul edən mülki və hərbi məmurların ali orqannlarının rəhbərlərini toplayıb.

“Pakistanın Hindistana qarşı hərbi əməliyyatlara başlamasından və Hindistanın bir neçə hərbi obyektini vurmasından az sonra Baş nazir Şahbaz Şərif Milli Komandanlıq Şurasının iclasını çağırıb”, - məlumatda deyilir.

İclasda nələrin müzakirə olunduğu ilə bağlı məlumat verilmir.

*** 09:44

Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyatlar zamanı Adampurdakı Hindistan aviabazasını sıradan çıxarıb.

Bu barədə “Geo TV” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

“Pakistan Hindistanın Adampur aerodromunu məhv edib”, - məlumatda deyilir.

“Samaa TV” isə Şrinaqardakı aviabazanın vurulduğu, Çandiqarhdakı silah anbarının məhv edildiyi ilə bağlı məlumat yayıb.

***08:27

Pakistan ordusu Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyatlara start verib.

Bu haqda “Geo TV” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

"Hindistanın davam edən təxribatlarına bilavasitə cavab olaraq Pakistan genişmiqyaslı hərbi əməliyyata başlayıb.", - kanalın məlumatında bildirilir.

Qeyd edək ki, Hindistan və Pakistan arasında gərginlik aprelin 22-də Hindistanın Cammu və Kəşmir bölgəsində törədilən terror aktından sonra artıb. Hücum nəticəsində 25 Hindistan və bir Nepal vətəndaşı həlak olub.

*** 07:34

Hindistan Pakistanın üç hava bazasına raket zərbələri endirib.

Bu haqda “Geo” telekanalı Pakistan Ordusunun ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri, general-leytenant Əhməd Şərif Çaudriyə istinadən məlumat verib.

"Hindistan təyyarələri Nur Xan aviabazasına, Murid aviabazasına və Rafiqi aviabazası kimi tanınan Şorkot aviabazasına raket zərbələri endirib", - Çaudrinin deyib.

Ordu rəsmisi bildirib ki, Pakistanın HHM sistemləri aviabazalarını hədəf alan Hindistan raketlərini göydə vurub.

Hücum zamanı heç bir dağıntı və insan tələfatı olmayıb.