ÖTƏN AY 59 TƏKRAR CİNAYƏTKARLIQ FAKTI AŞKARLANIB – 19-u narkotiklə əlaqədardır / Statistika, Cədvəl

Azərbaycanda cinayətkarlıq hallarının artması, əsasən də təkrar cinayətkarlığın günbəgün çoxalması ciddi narahatçılıq doğurur. Ən üzücü məqam isə odur ki, artıq azyaşlılar, məktəblilər arasında cinayətkarlıq və cinayətə meyllilik də artan xətt üzrə yüksəlməkdədir.

Oxucularımıza da məlum olduğu kimi, Stopnarkotik.az saytı hər ay ölkəmizdə narkotiklə əlaqəli həbslərin statistikasını aparmaqla yanaşı, təkrar cinayətkarlıq faktlarını da diqqətdən qaçırmır. Belə ki, ay ərzində hazırladığımız hesabat xarakterli yazılarımızda rəsmi mənbələrin açıqladığı cinayət faktları ilə bağlı ətraflı məlumat verməkdəyik.

Əlbəttə, rəsmi məlumatlar gerçək reallığı tam olaraq əks etdirmir. Hətta ekspertlər bu rəqəmlərin 5-7 dəfə az göstərildiyini iddia edirlər. Amma bizim, sayt olaraq, ölkədə baş verən bütün cinayət, yaxud təkrar cinayətkarlıq halları haqda ümumi məlumat əldə etmək imkanımız məhdud olduğundan, sadəcə rəsmi rəqəmlərə istinad etməyə məcburuq.

**

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, ötən ay 2025-ci ilin aprelində əvvəlki aylara nisbətən təkrar cinayətkarlıq hallarının sayı xeyli artmışdı. Belə ki, yanvarda 62 (34-ü narkotiklə əlaqədar, 28-i isə digər cinayət faktları ilə bağlı), fevralda 52 (14-ü narkotiklə, 38-i isə digər cinayətlərlə əlaqədar) təkrar cinayətkarlıq faktı aşkarlansa da, mart ayında bu göstərici 65 nəfər çatmışdı. Yəni martda ümumilikdə 65 təkrar cinayətkarlıq faktı qeydə alınmışdı ki, bunun da 22-si narkotiklə, 43-ü isə digər cinayətlərlə əlaqədar olmuşdu.

Stopnarkotik.az saytının Daxili İşlər Nazirliyinin gündəlik açıqladığı rəsmi məlumatlar əsasında apardığı araşdırmaya əsasən, ötən ay – apreldə ümumilikdə 59 təkrar cinayətkarlıq faktı aşkarlanıb. Bunun da 19-u bilavasitə narkotiklə əlaqədar, 40-ı isə digər cinayətlərlə bağlı olub.

 **

Daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil olun:

 

**

Onu da nəzərə alsaq ki, açıqladığımız rəqəmlər sadəcə Stopnarkotik.az saytının aşkarladığı məlumatlardır və əməkdaşlarımızın diqqətindən qaçan, eləcə də mətbuata açıqlanmayan faktlar daha çoxdur, deməli, ölkədə təkrar cinayətkarlığın cəmiyyətimiz üçün ciddi problemə çevrildiyi şübhəsizdir.

Stopnarkotik.az