Biz öz məqsədimizə çatanda Ukraynada sülh olacaq.
Bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın məqsədi dəyişməyib.
"Biz Ukraynada öz məqsədimizə çatanda sülh olacaq. Məqsədimiz isə dəyişilməyib. Bu, əvvəlki kimi Ukraynanın denazifikasiya və demilitirizasiyasıdır", deyə Putin vurğulayıb.
Rusiya Prezidenti ölkədə səfərbərliyin ikinci dalğasının olub-olmayacağına da aydınlıq gətirib:
"Bizdə qismən səfərbərlik oldu. Həmin səfərbərlik çərçivəsində 300 min nəfər orduya çağırıldı. Həmin insanlar möhtəşəm döyüşürlər. Onlardan 14 nəfəri Rusiya qəhrəmanı adını alıb".
Putin bildirib ki, səfərbərlikdən əlavə ölkə vətəndaşları könüllü şəkildə də orduya yazılırlar və onların sayı 500 mini keçib. Ona görə də hazırda səfərbərliyin ikinci dalğasına ehtiyac yoxdur.