Onlar da narkotik istintaqında ifadə verdilər - VİDEO

İstanbulda müğənnilər, aktyorlar və sosial media fenomenləri ilə bağlı aparılan narkotik istintaqında 19 nəfərdən səkkizinin test nəticələri müsbət çıxıb.
Stopnarkotik.az
xəbər verir ki, test nəticələri müsbət çıxan Derin və Deren Talu prokurorluğa ifadə veriblər.

Test nəticələri müsbət çıxan Defne Samyeli və Eren Talunun qızları Deren və Derin Talu dünən axşam İstanbul Məhkəməsinə gedərək prokurorluqda ifadə veriblər. İki şəxs ifadələrindən sonra məhkəmə binasını tərk edib.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən başlanılan istintaq çərçivəsində müğənnilər, məşhurlar və aktyorlar da daxil olmaqla 19 nəfər 8 oktyabrda narkotik istifadəsi ittihamı ilə ifadə vermək üçün İstanbul Vilayət Jandarma Komandanlığına gətirilib. İfadələrindən sonra şəxslər Məhkəmə Tibbi Ekspertizası İnstitutuna aparılıb və saç və qan nümunələri götürülüb. Test nəticələrinə görə, 19 nəfərdən 8-nin testi müsbət çıxıb./musavat.com