Ölkədən külli miqdarda qızıl çıxarılmasına NÖVBƏTİ CƏHD - Məşhur polkovnikin qardaşı oğlu saxlanıldı / FOTO

4 kq qızılı ölkədən çıxarmaq istəyən Əfsər Mirzəliyev məşhur polkovnik Abdulla Mirzəliyevin qardaşı oğludur.

Stopnarkotik.az "Unikal"a istinadən xəbər verir ki, o, Dövlət Gömrük Komitəsinin "Qaçaqmalçılıq" şöbəsinin əməkdaşıdır.

Sözügedən şəxsin fotosunu təqdim edirik:

*** 21:15

Azərbaycandan külli miqdarda qızıl çıxarmaq istəyən şəxs saxlanılıb.

Stopnarkotik.az Bakupost.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları bununla bağlı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat keçiriblər.

Əməliyyat zamanı 4 kq qızılı ölkədən çıxarmaq istəyən Əfsər Mirzəliyev adlı şəxs saxlanılıb.

Qeyd edək ki, Ə.Mirzəliyev vəzifəli şəxsdir və dövlət qurumlarından birində məsul vəzifədə çalışır.

Xatırladaq ki, 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışmış polkovnik-leytenant Qəhrəman Məmmədov da ötən ayın axırlarında İstanbulda 70 kq qızılla saxlanılmışdı.