İranın Kerman vilayətində yerləşən Bağin hərbi hissəsində əsgər odlu silahdan atəş açaraq 5 hərbçini öldürüb.
Stopnarkotik.az xəbər verir ki, bu baradə İran mediası məlumat yayıb.
Məlumata əsasən, İran Ordusunun Cənub-Şərqi Korpusunun komandanı Əmir Qulamian sözügedən insidenti təsdiq edib.
Cinayəti törədən hərbçinin hadisə yerindən qaçdığı və onun saxlanılması yönündə əməliyyatların davam etdirildiyini bildirib.