“New York Times”: “Priqojin özünün hərəkət istiqamətini gizlətmək üçün dublyorlardan istifadə edir”

“Vaqner”in əsasını qoyan Yevgeni Priqojin qiyamdan sonra həqiqətən də çox vaxt Rusiyada olub, əsasən Moskva və Sankt-Peterburq arasında hərəkət edib. Stopnarkotik.az xəbər verir ki, bunu adının açıqlanmasını istəməyən Pentaqon rəsmisi “New York Times”a bildirib.

Onun sözlərinə görə, Priqojinin hətta Belarusa gəlib-gəlməməsi də aydın deyil, çünki o, öz hərəkət trayektoriyasını gizlətmək üçün dublyordan istifadə edir.

İyunun 27-də Lukaşenka Priqojinin Belarusda olduğunu deyib və bunun “6 iyulda” baş verdiyini vurğulayıb. İyulun 6-da “Priqojin və muzdluların hazırda harada yerləşdiyi” sualına Lukaşenko belə cavab verib: "Bu, Rusiya kompaniyasıdır. Ona görə də sual birmənalı olaraq mənə aid deyil. Mənə verilən məlumata görə, döyüşçülər öz düşərgələrindədir. O ki, qaldı Priqojinə, o, Sankt-Peterburqdadır, Belarus ərazisində deyil”.

Stopnarkotik.az