Netanyahu HAMAS-ın “dördüncü” şəxsinin öldürüldüyünü açıqladı

İsrail Baş naziri Benyamin Netanyahu HAMAS-ın “dördüncü” şəxsinin öldürüldüyünü açıqlayıb.

"Times of Israel" xəbər verir ki, bu barədə İsrail hökumət başçısı video-bəyanatında bildirib.

Netanyahunun bəhs etdiyi “dördüncü şəxs”inin HAMAS-ın siyasi liderinin müavini Saleh əl-Aruri olduğu bildirilir.

İsrailin Baş naziri Netanyahu tezliklə HAMAS-ın digər yüksək səviyyəli komandirlərinə də sıranın çatacağına söz verib.

“Biz tam qələbəyə doğru gedirik. Bu qələbəyə gedən yolda biz artıq HAMAS-ın “dördüncü” şəxsini aradan qaldırdıq. Üç, iki və bir yoldadır. Onların hamısı ölü adamlardır”, - Netanyahu deyib.

Qeyd edək ki, Əl-Aruri yanvarın əvvəlində Beyruta endirilən hava hücumunda öldürülüb, lakin, İsrail heç vaxt hücuma görə məsuliyyəti rəsmi olaraq üzərinə götürməyib.