Naxçıvanda qadını boğaraq öldürən şəxslə bağlı qərar verildi

Naxçıvan şəhəri Qaraxanbəyli kəndində törədilən qətllə bağlı saxlanılan Röyal Abdulla oğlu Zeynalov barəsində həbs qətimkan tədbiri seçilib.

Stopnarkotik..az apa-ya istinadən xəbər verir ki, Naxçıvan şəhər Məhkəməsi 2000-ci il təvəllüdlü Telli Alcəfərovanı qətlə yetirməkdə təqsirləndirilən 1985-ci il təvəllüdlü Röyal Zeynalov barəsində 4 aylıq həbs-qəti imkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Naxçıvan şəhər prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.