Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Babək rayon sakini, 1972-ci il təvəllüdlü Namiq Məmmədov saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, Babək rayonu ərazisində yerləşən ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.
Stopnarkotik.az