NATO rəsmisi: Rusiya ilə mümkün münaqişəyə hazırıq

Şimali Atlantika Alyansı Rusiya ilə mümkün münaqişəyə hazırdır.

TASS xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer bildirib.

Eyni zamanda, Bauer "Ukraynada NATO qoşunlarının olmadığını və onları burada yerləşdirmək planının olmadığını" iddia edib: “Ancaq ayrı-ayrı ölkələr öz qoşunlarını burada yerləşdirmək qərarına gəlsələr, bunun Alyansın qalan hissəsi ilə bağlı olacağını başa düşməlidirlər”.

Bauer onu da vurğulayıb ki, Ukraynanın NATO-ya üzv olmasının şərtlərindən biri onun ərazisində hərbi əməliyyatların olmamasıdır.

Bir gün əvvəl Kiyev Təhlükəsizlik Forumunda çıxış edən Bauer bildirib ki, alyans bütün çətinliklərə baxmayaraq, Ukraynada səfərbərliyi davam etdirməkdə israrlıdır.