Şimali Kiprin Girnə şəhərində narkotik satdığı aşkarlanan qadın polis tərəfindən saxlanılıb.
Aparılan əməliyyat zamanı onun üzərindən 16 qram metamfetamin və narkotik satışından qazandığı pul aşkarlanıb.
Narkotik alan digər şəxs də saxlanılıb. Onun üzərindən isə 2 qram metamfetamin tapılıb.
Hər iki şəxs məhkəmə qarşısına çıxarılıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Mələk
Stopnarkotik.az