Narkotik insanın bütün orqanlarını məhv etməklə yanaşı, cinsi aktivliyini də aşağı salır. Xüsusilə də hazırda çox yayğın olan sintetik narkotiklərin cinsi həyatı tamamilə xarabazarlığa çevirdiyi kimsəyə sirr deyil.
O da məlumdur ki, narkotik istifadəsi fiziki-bioloji təsirləri ilə yanaşı, ağır yoluxucu xəstəliklərin də yayılmasına səbəb olur. Hesab edilir ki, gənclər cinsi həyatın riskli formalarına meyllidirlər, bu səbəbdən cinsi yolla ötürülən xəstəliklərə yoluxma riski çoxdur. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesabatına görə, bu nümunə əksər ölkələrə şamil edilsə də, haqqında söhbət gedən vəziyyət Qazaxıstanda xüsusilə qabarıqdır. Narkotiklərə aid ədəbiyyatda “Ximseks və sintetik narkotiklərin cinsi kontekstdə istifadəsi” yayğındır. Termin xüsusən də kişilərlə cinsi əlaqəyə girən kişilərin seksual fəaliyyətini təsvir etmək üçün istifadə olunur. Ximseks cinsi akt zamanı narkotiklərin istifadəsi anlamına gəlir və bunda məqsəd həzz hisslərinin müddətini uzatmaq, artırmaq, kontaktı asanlaşdırmaqdır.
Elmi ədəbiyyatda "ximseks" fonunda olduğu kimi, fərdi isifadə olunan üç növ sintetik narkotik haqda da məlumat verilir. Bunlara metamfetamin, mefedron, MDMA (Metilendioksimetamfetamin), ketamin, kokain, sildenafil, tadalafil, vardenafil ilə birgə istifadə edilən - narkomanların “duz” adlandırdığı Natrium hidroksibutirat və Qamma-butirolakton daxildir. Cinsi fəaliyyəti və həzzi artırmaqla yanaşı, cinsi kontekstdə sintetik narkotiklər destiqmatizasiya hissi (cinsi davranış), aidiyyət hissi, emosional baxımdan tez isinişmə, empatiya və ya simpatiya hissi (entaktogen təsirlər), həmçinin uzun müddət ərzində eyni anda çoxsaylı partnyorlarla münasibətlərin qurulmasına və cinsi əlaqənin qrup şəklində uzun müddətli davam etməsinin asanlaşdırılmasına köməklik üçün istifadə olunur. Başqa sözlə, bu narkotik utancaqlıq və abır-həya hissini aradan qaldırır.
Cinsi fəaliyyət zamanı “ximseks” təkcə kişilərlə kişilərin cinsi əlaqəsi kontekstində müşahidə olunmur. Heteroseksual cütlər və partnyorlar arasında natrium hidroksibutirat və metamfetamin istifadəsi də qeyd olunur. Bu kontekstdə, natrium hidroksibutirat partnyorlar arasında ünsiyyət və cinsi hissləri artırmaq üçün qəsdən istifadə olunur. Bəzi ekspertlər onun "zorlama narkotiki" kimi istifadəsi olunduğunu bildirirlər. Bu narkotikin seksual kontekstdə istifadəsi infeksiya riskini artırmaqla, çoxsaylı partnyorlarla qorunmayan cinsi əlaqə də daxil olmaqla AİDS və yoluxucu hepatit kimi cinsi yolla ötürülən infeksiyalara qapı açır. Məsələn, heteroseksual metamfetamin istifadəçiləri arasında riskli seks qeyri-istifadəçilərə nisbətən daha yüksəkdir. Bundan əlavə, metamfetamin istifadə edən qadınlar cinsi fəaliyyətə, xüsusən də riskli cinsi davranışa daha çox meyllidirlər və kişilərə nisbətən AİDS, yoluxucu hepatit və digər infesksion xəstəliklərə yoluxma riski daha yüksəkdir.
Yazılanlardan bəlli olur ki, narkotik həm də insan həyatının əsas sferası olan cinsi həyatı alt-üst edərək, onu iyrəncləşdirən bəladır. Həyatını insanın malik olduğu və ola biləcəyi hər şeydən mərhum edən bir bəlaya qurban etməyə dəyərmi?
Stopnarkotik.az