Narkotiksiz gələcək üçün birlikdə mübarizə aparaq!
Stopnarkotik.az xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 11 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Seymur Əfəndiyev, eləcə də digər iştirakçılar sağlam gələcək naminə hər bir şəxsin narkomaniyaya qarşı qəti mövqe nümayiş etdirməli olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, bu bəladan qorunmağın ən güclü yolu gənclər arasında sağlam həyat tərzinin təbliğatı və maarifləndirmə işləridir. Buna görə də “ağ ölümə” biganə qalmamalı, sağlam gələcək naminə narkomaniyaya “yox” deməliyik.
Görüşün sonunda narkomaniyanın fəsadlarından bəhs edən film nümayiş etdirilib və iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
