"NARKOMANİYA ÜMUMBƏŞƏRİ BƏLADIR" - Kooperasiya Universitetində maarifləndirici tədbir / FOTOLAR

Polis Azərbaycan Kooperasiya Universitetində “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirib

Stopnarkotik.az xəbər  verir ki, tədbirdə iştirak edən Nərimanov Rayon Polis İdarəsinin rəis müavini polis mayoru Bəxtiyar Abbaszadə narkomaniyanın yaratdığı fəsadlardan, eləcə də yetkinlik yaşına çatmayanların narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində görülən profilaktik tədbirlərdən danışıb, neqativ halların aradan qaldırılması üçün uşaq və yeniyetmələr arasında da məsuliyyət hissinin gücləndirilməsinin əhəmiyyətindən bəhs edib.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Bir bir və ya daha çox şəxs şəkili ola bilər

Bir bunu deyən yazı "PQU'S OOPERAS" şəkili ola bilər