Meksika hərbçiləri Sinaloada xüsusi əməliyyat keçirib.
Əməliyyatın hədəfi “Los Çapitos” narkokartelinin yüksək rütbəli leytenantlarından biri olan "El Perris" ləqəbli Xorxe Humberto Benites olub.
Əməliyyat zamanı atışma baş verib, nəticədə iki sikario ölüb, bir neçə əsgər yaralanıb.
Sonda El Perris öz evində hərbçilər tərəfindən öldürülüb. Meksika hökuməti “Los Çapitos” narkokartelinə qarşı hərbi əməliyyatlarını fasiləsiz davam etdirir.
Belə anlaılır ki, federal hakimiyyət orqanları “El Mayo” fraksiyasını effektiv şəkildə dəstəkləyir, bölgəni düşmənlərdən tədricən təmizləyir. Yəni başqa sözlə, hökumət narkokartellərin birini digərinə qarşı dəstəkləyərək, onları bir-birinə qırdırır.
Stopnarkotik.az
