Meksikanın Xalisko ştatında ABŞ səfirliyinin əməkdaşları öldürülüb. Belə ki, ABŞ-ın Meksikadakı səfirliyinin iki təhlükəsizlik işçisi gecə yerli restoranda güllələnib.
Sezar Quzman Qonzales və Karlos Amador Çavela Polis Universitetində təhsil alıblar və həmçinin geniş kəşfiyyat təcrübəsinə malik olublar. Onlar ABŞ hökuməti ilə koordinasiyada Meksika qüvvələri üçün təlim və təhlükəsizlik üzrə məsləhət proqramlarında əsas rol oynayıblar.
Çixuaxua ştatının kəşfiyyat üzrə analitiki və eyni departamentin əməkdaşı Pablo Caxiqal del Angel də hücumda yaralanıb. O, azı doqquz güllə yarası alıb. Bundan əlavə, daha 3 nəfərin yaralandığı məlumdur.
Stopnarkotik.az