“Müəyyən razılaşmalar var, amma...” - Paşinyandan Qarabağla bağlı açıqlama

“Qarabağda vəziyyətin müsbət irəliləyişinə müəyyən ümidlər var”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, Qarabağda humanitar və hərbi-siyasi vəziyyət gərgin olaraq qalır:

“Humanitar böhran davam edir, eyni zamanda hakimiyyət Qarabağdan olan həmkarları ilə daimi təmasdadır. Vəziyyətin dinamik şəkildə dəyişdiyini başa düşmək lazımdır. Həmçinin, Qarabağ sakinləri öz evlərinə qayıtmaq üçün real imkan əldə edə bilərlər”.

Paşinyan qeyd edib ki, həyata keçirilməli olan müəyyən razılaşmalar var: “Bu, işləyəcək, ya yox, deyə bilmərəm, çünki vəziyyət daim dəyişir”./musavat.com