Müharibəyə "Hizbullah" da qoşuldu - İsrail ərazisi minaatanlardan atəşə tutulur

İsrailin Livanla həmsərhəd Şebaa ərazisində yerləşən fermalar «Hizbullah» birləşmələri tərəfindən minaatanlardan atəşə tutulub. 

Bu barədə İsrail KİV-ləri xəbər verir.

Hazərda xəsarət alan və ya ölənlər barədə məlumat yoxdur. 

Məlumata görə, İsrail Müdafiə Qüvvələri hələlik Livanda «Hizbullah» qruplaşmasına aid mövqelərə hava zərbələri endirməklə kifayətlənib. Bildirilir ki, hazırda İsrail ordusunun diqqəti HƏMAS-la küçə döyüşlərinə yönəlib. İsrail tərəfindən ölü sayısının 400-ə çatdığı bildirilir. Fələstin mediası da 300-dən çox fələstinlinin İsrail qüvvələri tərəfindən öldürüldüyünü açıqlayıb.