Tramp evi olmayan ABŞ veteranları üçün mərkəzin yaradılması haqqında sərəncam imzalayıb. Layihə üçün vəsait əvvəllər cinayət törətmiş miqrantları dəstəkləmək üçün ayrılmış pulun qənaət edilmiş hissəsindən əldə ediləcək.
Stopnarkotik.az xəbər verir ki, Ağ Evin saytında dərc edilən sənədə görə, tam reabilitasiyadan keçmək, narkotik asılılığından qurtarmaq və tam sərbəst həyata qovuşmaq üçün nəzərdə tutulmuş Milli Mərkəz Qərbi Los Anceles Tibb Mərkəzinin ərazisində tikiləcək. Bu mərkəzdə evsiz veteranlar ehtiyac duyduqları yardım, güzəştlər və xidmətlərlə təmin ediləcək.
"Prezident Trampın rəhbərliyi altında Veteranlarla İş Departamenti millətimizin qəhrəmanları üçün xidmətlərin yaxşılaşdırılması üçün bir sıra mühüm islahatlar və güzəştlər həyata keçirir", deyə qurumun rəhbəri Daq Kollins bildirib.
Mərkəzdə veteranlar nəinki digər xəstəliklərlə yanaşı narkomaniyadan müalicə ala biləcəklər, həm də mənzil ala biləcəklər. Qurumun 2028-ci ilə qədər 6000-ə qədər evsiz veteranı evlə təmin edəcəyi bildirilir.
Stopnarkotik.az