Moskva polisi "Tayfun" rejiminə keçdi

Moskva polisi “Tayfun” planı rejiminə keçib. Bildirilir ki, bu plan fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak edən personalın toplanması mənasını daşıyır.

Bu barədə "Mash Telegram" kanalı məlumat yayıb.

Kanal əlavə edib ki, Moskvada peyk naviqasiya siqnalları tıxanıb. Bu da peyk siqnallarından bələdçi kimi istifadə edən dronların hücumu ilə əlaqələndirilir.

Bildirilir ki, hazırda taksi sürücüləri GPS-in nasazlığından şikayətlənirlər.