Moskvada MDB antiterror qurumları rəhbərlərinin görüşündə çıxış edən KTMT baş katibinin müavini Valeri Semerikov bildirib ki, terrorçuluq, narkotik qaçaqmalçılığı, qanunsuz miqrasiya və Əfqanıstandan qaynaqlanan radikal ideyaların yayılması Mərkəzi Asiya regionundakı vəziyyətə mənfi təsir göstərir.
Stopnarkotik.az xəbər verir ki, onun sözlərinə görə, Əfqanıstan əsas amil olaraq qalır. Semerikov əmin olduğunu bildirib ki, 2024-cü ildə KTMT dövlət başçıları tərəfindən qəbul edilmiş və beş il müddətinə nəzərdə tutulmuş Tacikistan və Əfqanıstan arasında dövlət sərhədinin möhkəmləndirilməsi üzrə məqsədyönlü dövlətlərarası proqramın həyata keçirilməsi gərginliyi azaldacaq və vəziyyəti sabitləşdirəcək.
Proqrama sərhəd nəzarətinin gücləndirilməsi, infrastrukturun modernləşdirilməsi və Tacikistan sərhəd qoşunlarının müasir təhlükəsizlik avadanlıqları ilə təchiz edilməsi üçün bir sıra tədbirlər daxildir.
Stopnarkotik.az