İstanbul ətrafında 4 rayonda narkotik əməliyyatı keçirilib.
Stopnarkotik.az xəbər verir ki, əməliyyatda 110 şübhəli saxlanılıb, 1 ton 285 kilo 320 qram narkotik və 60.000 sintetik həb müsadirə edilib. Saxlanılan şübhəlilərdən 15-i polis bölməsindəki prosedurlardan sonra məhkəmə orqanları tərəfindən həbs olunaraq həbsxanaya göndərilib. Digər 95 şübhəlinin prosedurlarının polis bölməsində davam etdiyi öyrənilib.
Stopnarkotik.az