Məhkəmə 5 il həbsi tələb edilən Acun İlıcalı barədə qərar verdi

Barəsində 5 ilə 3 ayadək həbs cəzası tələb olunan türkiyəli aparıcı və TV8 kanalının sahibi olan biznesmen Acun İlıcalı haqqında məhkəmə qərar verib.

Televiziya kanalında bəzi futbol matçları zamanı "qanunsuz mərc oyunları" reklamı yayımladığı iddiası ilə istintaqa cəlb edilən Acun İlıcalı ilə daha 7 kanal və platforma rəhbərinin cinayət işi üzrə məhkəmə hökmü çıxarılıb.

Məhkəmə Acun İlıcalı və 7 kanal rəhbərinə bəraət verib.

Qeyd edək ki, məhkəmə işi çərçivəsində hazırlanan ittiham aktında aralarında Acun İlıcalı da olmaqla 8 nəfərin 1 il 3 aydan 5 il 3 ayadək azadlıqdan məhrum edilməsi tələb edilirdi.