Məhbus 48 ildən sonra bəraət aldı

Oklahoma ştatının andlı iclasçıları 48 il həbs cəzasına məhkum edilmiş 71 yaşlı Qlin Simmonsa bəraət verib.

Bu barədə “Associated Press” məlumat yayıb.

“Məhkəmə konkret və inandırıcı dəlillərə əsaslanaraq müəyyən edib ki, Simmonsun ittiham olunduğu, sonra isə məhkum edildiyi və həbsxanaya salındığı cinayət cənab Simmons tərəfindən törədilməyib”, – hakim Emi Palumbo bildirib.

Qeyd edək ki, 1975-ci ildə amerikalı ölüm cəzasına məhkum edilib və 1977-ci ildə cəza ömürlük həbslə əvəz olunub. AP qeyd edir ki, Simmons 48 il 1 ay 18 gün həbs cəzası çəkib ki, bu, ABŞ tarixində məhkəmə xətası qurbanı üçün ən uzun cəzadır. Simmonsun dövlətdən 175 min dollar məbləğində təzminat tələb etmək hüququ var.